Taffarel "Qalatasaray"a qayıtdı
Braziliyalı futbol mütəxəssisi Klaudio Taffarel yenidən "Qalatasaray"da fəaliyyət göstərəcək. SportLine.az xəbər verir ki, o, şəxsi "Instagram" hesabında bu barədə məlumat yayıb.
K.Taffarel Fatih Terimin köməkçisi olacaq.
Xatırladaq ki, braziliyalı 2011-2016-cı illərdə də İstanbul təmsilçisində məşqçi kimi çalışıb. O, futbolçu kimi 1998-2001-ci illərdə "cim-bom"un şərəfini qoruyub və bu klubla UEFA Kuboku və Super Kubokunu qazanıb.