Tanınmış futbolçu qətl törətdi

"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sezer Öztürk qətl törədib.

Sportline.az xəbər verir ki, hadisə 19 sentyabr tarixində yaşanıb. Keçmiş futbolçu avtomobilinə yol verməyən sürcü ilə mübahisə zəminində silahla həmin şəxsə və onun ailə üzvlərinə atəş açıb. Nəticədə Halil İbrahim adlı vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Sezer Öztürk dərhal hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Sezer Öztürk 2011-2013-cü illərdə "Fənərbaxça"nın, 2013-2016-cı illərdə isə "Beşiktaş"ın formasını geyinib.