Tanınmış idmançımız vəfat etdi

Azərbaycanın kikboksinq ustalarından biri, ağır çəkidə dəfələrlə respublika çempionu olan Aqşin Yusifzadə vəfat edib.

Sportline.az xəbər verir ki, bu barədə idmançının yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Aqşin Yusifzadənin koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, mərhum idmançı 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli AKF-nın Milli Komandasının üzvü olub.