Tanınmış klubdan maraqlı addım

Madridin “Real” klubu ukraynalılara bir milyon avro bağışlayıb.

Sportline.az xəbər verir ki, “kral klubu” “Real Madrid” fondunun martın 5-də başlatdığı “Hamı Ukrayna ilə birlikdə” kampaniyasına qoşulub.

“Real” ukraynalıların ehtiyaclarını yüngülləşdirməyə kömək məqsədiylə bir milyon avro ödəyib.

Bundan başqa, fond Ukraynadan çıxan qaçqınlar üçün 13 mindən çox isti idman geyimi bağışlayıb.

Qeyd edək ki, Ukrayna millisinin qapıçısı Andrey Lunin “Real”ın şərəfini qoruyur.