Ukraynalı futbolçu müharibədə həlak olub
Ukraynanın tanınmış futbolçusu Artur Qritsenko Rusiya ilə müharibədə həlak olub.
Sportline.az xəbər verir ki, "Karpatı" klubunun sabiq müdafiəçisi desant-həmlə briqadasında vuruşub.
44 yaşlı veteran futbolçu Xarkovun müdafiəsi uğrunda döyüşlərdə həlak olub.
Qeyd edək ki, Artur Qritsenko peşəkar futbolçu karyerasına Lvovda başlayıb.
O, "Karpatı"nın heyətində Ukrayna Premyer Liqasında bir oyun keçirib. Daha sonra Qritsenko aşağı liqalarda çıxış edib.