Tayson Fyuridən iddialı açıqlama

WBC versiyasında superağırçəkili çempion Tayson Fyuri Aleksandr Usiklə döyüş ərəfəsində iddialı açıqlama ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, britaniyalı idmançı qarşıdakı dueldən qalib çıxacağını bildirib.

"Niyə mən qalib gələcəyəm? Çünki mən bunu bacarıram. Hər şeyə rəğmən qalib gəlirəm. 16 ildir ki peşəkar rinqdəyəm və yalnız qələbə çalıram", - deyə Fyuri "Sky Sports"a döyüşlə bağlı fikrini açıqlayıb.

Qeyd edək ki, mütləq çempionluq uğrunda qarşılaşma mayın 18-də Ər-Riyadda keçiriləcək.