Tedesko “Fənərbağça”dan ayrıldı

“Fənərbağça” baş məşqçi Domeniko Tedesko ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, baş məşqçi ilə yanaşı, idman direktoru Devin Özək və futbol üzrə koordinator Berke Çələbi ilə də əməkdaşlığa son qoyulub.

Qeyd edək ki, Tedesko ötən ilin sentyabrından komandanı çalışdırırdı. “Fənərbaxça”nın son turda “Qalatasaray”a böyük hesabla məğlub olması bu qərara təsir edən əsas amillərdən biri kimi göstərilir.