Ten Haq "FA Cup" finalından sonra "Mançester Yunayted"i tərk edəcək
"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Mançester Siti" ilə keçiriləcək Federasiya Kubokunun finalından sonra komandanı tərk edəcək.
Sportline.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, həttə "Mançester Siti" üzərində qələbə belə Ten Haqın durumuna heç bir təsir göstərməyəcək.
Daha əvvəl İngilətərə mətbuatında qırmızı şeytanların baş məşqçi postu üçün Qaret Sautqeyt, Qrem Potter, Ruben Amorim, Tomas Tuxel, Maurisiyo Poçettino və Kiran Makkeni kimi mütəxəssislərin adı hallanmışdı.
Qeyd edək ki, hollandiyalı çalışdırıcı 2022-ci iyul ayından "mankunyanlar"a rəhbərlik edir. "Mançester Yunayted" bu mövsümü 60 xalla 8-ci pillədə tamamlayıb.