Ten Haq Maktominey mövzusuna son qoydu

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq Skott Maktominey mövzusuna son qoyub.

Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis sözügedən futbolçu ilə yola davam edəcəklərini bildirib.

"Bizim futbolçulara digər klubların marağı daim olub. Maktominey də onlardan biridir. Yaxşı mövsüm keçirdiyindən ona olan maraq daha da artıb. Amma, biz onunla vidalaşmaq niyyətində deyilik. Skott komandanın ən vacib oyunşularındandır", - deyə baş məşqçi Goal.com-a bildirib.

Qeyd edək ki, 27 yaşlı şotlandiyalının "Qalatasaray"ın transfer hədəfində olduğu deyilirdi. 

Ötən mövsüm 43 oyunda meydana çıxan Maktominey 10 qol və 3 asist müəllifi olub. 
 
Transfermarkt portalında onun dəyəri 32 milyon avrodur.