Teymur Axundov: "Təəssüf ki, çempionluqdan əlimizi üzmüşük"

“Təəssüf ki, biz çempionluq şanslarını artıq itirmişik”.

Sportline.az xəbər verir ki, bu sözləri “Bakı” komandasının üzvü Teymur Axundov AHF-nin mətbuat xidmətinə müsahibəsində deyib.

Təcrübəli həndbolçu fikrini belə izah edib: “Ötən tur “Kür” komandasına uduzmaqla vəziyyəti çətinləşdirdik. Eyni zamanda “Qarabağ”a məğlubiyyət də bunda rol oynadı. “Qarabağ”la görüşdə öz məsuliyyətsizliyimiz ucbatından uduzduq. Halbuki, həmin oyuna ciddi hazırlaşmışdıq. Amma məşqçinin tapşırıqlarını lazımı səviyyədə yerinə yetirə bilmədik. Nəticədə çempionluqdan əlimiz üzüldü. İndi yalnız ikinci yer uğrunda mübarizə apara bilərik”.