Teymur Rəcəbov finalın ilk görüşündə heç-heçə etdi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya Kubokunun finalında ilk görüşünü keçirib.

Sportline.az xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüşün 33-cü gedişində tərəflər heç-heçəyə razılaşıblar. Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaqlar.

Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.