Teymur Rəcəbov hesabı bərabərləşdirdi
Şahmatçımız Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan Dünya Kubokunda üçüncü final görüşünü keçirib.
Sportline.az xəbər verir ki, o, çinli rəqibi Dinq Lirenlə bu dəfə ağ fiqurlarla oynayıb.
Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Qrossmeysterimiz bu nəticədən sonra ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.
Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.