Teymur Rəcəbov pandemiyadan belə qorunur

Azərbaycalı şahmatçı Teymur Rəcəbov koronavirus pandemiyasına görə özünü izolyasiya edib.

Sportline.az xəbər verir ki, bu barədə tanınmış qrossmeyster "İnstagram" hesabı vasitəsilə məlumat paylaşıb. 33 yaşlı şahmatçı artıq 8 gündür cəmiyyətdən tədric olduğunu bildirib.

Qeyd edək ki, Teymur Rəcəbov koronavirusa görə martın 15-də Rusiyanın Yekaterinburq şəhərində start götürən İddiaçılar Turnirindən imtina edib.