Teymur Rəcəbovdan növbəti qələbə
Rusiyanın paytaxtı Moskvada keçirilən "Armageddon-2019" beynəlxalq şahmat turniri davam edir.
Sportline.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Teymur Rəcəbov sayca üçüncü qarşılaşmasını rusiyalı Daniil Dubova qarşı keçirib və 2:1 qələbə qazanıb.
Yarışa dünyanın 8 top-şahmatçısı dəvət olunub. Bunlar rusiyalı Sergey Karyakin, Yan Nepomnyaşi, Vladimir Kramnik, Daniil Dubov, Ernesto İnarkiyev və üç digər ölkə təmsilçisi: Teymur Rəcəbov (Azərbaycan), Boris Qelfand (İsrail), Vey İ (Çin).