Teymur Rəcəbovun sevinc göz yaşları
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour”un rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyan üzərində qələbə qazandıqdan sonra göz yaşlarına hakim ola bilməyib.
Sportline.az xəbər verir ki, rəqibini məğlub etdikdən sonra 33 yaşlı qrossmeyster sevincindən kövrəlib. Daha sonra o, kompüterinin ekranı önünü tərk edib.
Qeyd edək ki, final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, Rəcəbov turnirin qalibi və 60000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.