Teymur Şəhriyarı məğlub etdi
Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsi yekunlaşıb.
Sportline.az xəbər verir ki, bir-biri ilə qarşılaşan Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov hər iki partiyada xalları yarı bölüb.
Qalibi müəyyənləşdirmək üçün ehtiyac duyulan tay-breklərin 3-ü də heç-heçə bitib. 4-cü görüşdə isə qalib gələn Rəcəbov ¼ finala yüksəlib. Bu mərhələdə qrossmeysterimizin rəqibi amerikalı Ceffri Syundur.
Qeyd edək ki, dünya kubokunun finalına yüksələn şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.