"The Best": Ötən ilin ən yaxşı kişi və qadın qapıçıları bəlli olub

FIFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı ilə bağlı səsvermənin nəticəsini açıqlayıb.

Sportline.az xəbər verir ki, kişi qolkiperlərdən “The Best” mükafatına İngiltərə "Çelsi"sindən Eduar Mendi layiq görülüb. O, Fransa PSJ-sindən italiyalı Canluici Donnarumma və Almaniya "Bavariya"sından Manuel Noyeri qabaqlayıb.

Qadınlardan isə Fransa "Lion"unun çilili qapıçısı Kristiana Endler ən yaxşı seçilib.

Kanada millisinin sabiq hücumçusu Kristin Sinkler isə FIFA-nın xüsusi mükafatını alıb.