Tokio 2020: Komandamızdan 3-cü qızıl medal

Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl qadın paracüdoçu Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub.