Tomas Parti "Atletiko Madrid"ə qayıdır

"Arsenal"ın qanalı futbolçusu Tomas Parti karyerasını İspaniya La Liqasında davam etdirəcək.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Atletiko Madrid" Partini azad agent kimi heyətinə qatmağı planlaşdırır.

31 yaşlı yarımmüdafiəçinin "Arsenal"la yeni müqavilə imzalamaq niyyətində deyil.

Qeyd edək ki, Parti bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 4 qol və 3 asistlə yadda qalıb.

Onun hazır ki dəyəri "Transfermarkt" portalına görə 15 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Tomas Parti 2015-2020-ci illər ərzində "Atletiko Madrid"də çıxış edib.

O 50 milyon avro qarşılığında "Arsenal"a transfer olmuşdu.