"Topçular"dan braziliyalı futbolçuya jest

"Arsenal" klubu Markinyosu yenidən heyətə qaytarmaq istəyir.

Sportline.az xəbər verir ki, londonlular icarə əsasında "Nant"da çıxış edən braziliyalı hücumçunu öz istəyinə görə geri çağırmaq qərarına gəliblər.

"The Mirror" nəşrinin yaydığı xəbərə görə, Markinyos Braziliya U-23 millisinin heyətində olimpiadaqabağı turnirə qatılmaq niyyətindədir.

"Nant" xidmətindən yararlandığı futbolçunu yanvarın sonunda başlanacaq turnirə buraxmaq istəmədiyindən Markinyos əsas komandası olan "Arsenal"a geri çağırılması üçün müraciət edib.

Qeyd edək ki, 2027-ci ilədək "Arsenal"la müqaviləsi olan Markinyosun transfer qiyməti 7 milyon avrodur.