Toreyradan "Qalatasaray" fanatlarına mesaj
“Qalatasaray”ın ulduz futbolçusu Lukas Toreyranın İtaliyaya gedişi ilə bağlı paylaşımı azarkeşləri məyus edib.
Spotline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, uruqvaylı futbolçu rəsmi instagram profilində İtaliyaya gedişi ilə bağlı paylaşımda maraqlı mesaj verib.
Onun “Qalatasaray”ı "Latsio"ya dəyişəcəyi iddia olunsa da “sarı qırmızılar” bununla bağlı münasibət bildirməyiblər.
Qeyd edək ki, “Qalatasaray” Toreyranı bu mövsüm “Arsenal”dan 6 milyon avroya transfer etmişdi.
