"Tottenhem" 11 futbolçu ilə yolları ayırmağa hazırlarşır
"Tottenhem"in baş məşqçisi Ancelos Postekoqlu komandada geniş miqyaslı dəyişikliklər etmək niyyətindədir.
Sportline.az The Sun-a istinadla xəbər verir ki, London klubu yayda 11 futbolçusu ilə yollarını ayırlacaq.
Mənbənin sözlərinə görə, satış siyahısına daxil edilən futbolçular sıradında Rişarlison, Emil Hoyberq, Lo Çelso, Brayan Xil və Emerson Royal da yer alır.
Xəbərdə bir Səudiyyə Ərəbistanı klubunun Rişarlisonla maraqlandığı və braziliyalı hücumçu üçün 60 milyon funt-sterlinq ödəməyə hazır olduğu ayrıca vurğulanır.
Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında son mövsümü 66 xalla 5-ci pillədə tamamlayıb.