"Tottenhem" heyətini gücləndirdi

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi “Vulverhempton”dan Matt Doertini transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

“Tottenhem” bu keçidə görə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, M.Doerti 2011-ci ildən “Vulverhempton”da çıxış edirdi. O, komandanın heytəində 300-dən çox oyun keçirib.