"Tottenhem" ingilis futbolçu ilə maraqlanır
"Çelsi"nin ingilis futbolçusu Konor Kalleher karyerasını digər London klubunda davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin xidmətində "Tottenhem" klubu maraqlıdır.
Klub rəhbərliyi oyunçuda lider keyfiyyətləri gördüyü üçün bu transferdə israrlıdır.
Kallaher ötən mövsüm "zadəganlar"ın heyətində meydana çıxdığı 50 oyunda 7 qol və asistlə yadda qalıb.
Qeyd edək ki, İngiltərə millisinin oyunçusu ilə La Liqa klubları da maraqlanır.