"Tottenhem" ingiltərəli futbolçunun xidmətində maraqlıdır

"Tottenhem" "Kristal Pelas"ın ingiltərəli futbolçusu Mark Gehini transfer etmək niyyətindədir.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" yay transfer pəncərəsi dövründə Gehi üçün "Kristal"a rəsmi təklif göndərəcək.

Bu keçid üçün "Kristal Pelas" 70 milyon avro tələb edir.

Qeyd edək ki, 24 yaşlı müdafiəçi cari mövsüm çıxış etdiyi 28 matçda 3 qol və 1 asistlə yadda qalıb.

Onun "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.