"Tottenhem" ispaniyalı futbolçusunu icarəyə göndərib
"Tottenhem"in hücumçusu Brayan Gil icarə əsasında "Jirona" klubuna keçib.
Sportline.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu 2024/2025 mövsümünün sonuna qədər katalonların şərəfini qoruyacaq.
Brayan 2021-ci ilin yayında "Sevilya"dan "Tottenhem"ə 25 milyon avro qarşılığında transfer olunmuşdu. İngiltərə klubunun heyətində 43 oyuna çıxan gənc futbolçu 2 asistlə yadda qalıb.
Qeyd edək ki, Gil "Tottenhem"ə keçdikdən sonra "Valensiya" və "Sevilya"da icarədə olub.