"Tottenhem" Keynlə bağlı mövzuya son qoydu

"Tottenhem" rəhbərliyi Harri Keynlə bağlı bütün suallara son qoyub.

Sportline.az Sky Sports nəşrinə istinadla xəbər verir ki, londonlular tibbi müayinədən keçmək üçün Keynin Münhenə yollanmasına icazə veriblər.

Bundan əvvəl yayılan xəbərlərdə İngiltərə təmsilçisinin təklifə yenidən baxmaq niyyətində olduğu bildirilirdi.

Qeyd edək ki, "Bavariya" Keynin transferi üçün 100 milyon avrodan artıq məbləğ təklif edib. 

"Tottenhem"lə müqaviləsi gələn ilin iyununda bitəcək hücumçu ötən mövsüm rəqib qapılarından 30 top keçirib.