"Tottenhem" "Qriliş üçün hərəkətə keçib
"Mançester Siti"nin ingiltərəli futbolçusu Cek Qriliş mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, "Tottenhem" Qrilişlə yaxından maraqlanır.
London klubu 29 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Qriliş 2021-ci ilin yayında "Aston Villa"dan "Mançester Siti"yə 117.5 milyon avro qarşılığında transfer olmuşdu.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 2 qol və 5 asistlə yadda qalıb.