"Tottenhem" "Vulverhempton"a 30 milyon avro təklif edib

"Tottenhem" "Vulverhempton"un əlcəzayirli futbolçusu Rayan Ait-Nuri üçün rəsmi təklif göndərib.

Sportline.az "Africa Foot" nəşrinə istinadən xəbər verir ki, London klubu Rayan üçün "Vulverhempton"a 30 milyon avro təklif edib.

23 yaşlı sol cinah müdafiəçisinin "Vulverhempton"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rayan Ait-Nuri bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 32 matçda 4 qol və 5 asistlə yadda qalıb.