"Tottenhem" yoldaşlıq görüşündə qələbə qazandı
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Tottenhem" növbəti yoldaşlıq oyununa çıxıb.
Sportline.az xəbər verir ki, paytaxt klubu Çempionşip təmsilçisi KPR ilə üz üzə gəlib.
Londonda keçirilən görüş "Tottenhem"ın 2-0 hesablı qələbəsi ilə nəticələnib. Görüşdə qolları 41-ci dəqiqədə Bissuma və 87-ci dəqiqdə Skarlet olub.
Qeyd edək ki, Anç Posteqoğlunun rəhbərlik etdiyi komanda növbəti yoldaşlıq oyununu iyulun 27-də Yaponiyanın "Vissel" Kobe komandasına qarşı keçirəcək.