"Tottenhem"də yeni müqavilə

Freyzer Forster "Tottenhem"lə müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Yeni anlaşmaya əsasən təcrübəli qapıçı 2025-ci ilədək londonluların formasını geyinəcək.

Qeyd edək ki, 2022-ci ildə "Sauthempton"dan transfer olunan futbolçu "Tottenhem"in heyətində 21 oyuna çıxıb.

O, İngiltərə milli komandasının da üzvüdür.