"Tottenhem"də yeni müqavilə

"Tottenhem" italiyalı müdafiəçisi Destini Udoci ilə uzunmüddətli müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, londonlular onun çıxışından razı qaldıqlarını bildiriblər.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano Tvitter hesabında paylaşım edib.

21 yaşlı futbolçu ilə daha bir il uzadılması nəzərdə tutulmaqla 2029-cu ilin iyununadək müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Udoci bu mövsüm "Udineze"dən 18 milyon avroya transfer olunub.