"Tottenhem"in futbolçusu "Bavariya"da

"Bavariya" heyəti daha bir tanınmış futbolçu ilə gücləndirəcək.

Sportline.az xəbər verir ki, münhenlilər "Tottenhem"dən Erik Dayerin transferini reallaşdırmağa hazırlaşırlar.

Bu haqda jurnalist Florian Plettenberq X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə tərəflər keçidlə bağlı tam razılığa gəliblər.

Transfermarkt portalında Dayerin transfer qiyməti 12 milyon avro kimi göstərilir.