"Tottenhem"in futbolçusu İtaliyada
İngiltərə "Tottenhem"inin futbolçusu Cep Spens İtaliya A Seriyasında oynayacaq.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, 23 yaşlı müdafiəçi icarə əsasında "Cenoa"da çıxış edəcək.
Futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə transfer oluna bilər.
Onun təxmini keçid qiyməti 10 milyon avrodur.