"Tottenhem"in futbolçusu "Real Madrid"in radarındadır
"Tottenhem"in isveçli futbolçusu Lukas Berqvall karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" Berqvallı transfer etmək üçün hərəkətə keçib.
19 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə 25 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Lukas Berqavll bu mövsüm çıxış etdiyi 45 matçda 1 qol 4 asistlə yadda qalıb.