"Tottenhem"in məşqçisi vəfat etdi

"Tottenhem"in fitnes üzrə məşqçisi Giampiero Ventrone 62 yaşında dünyasını dəyişib.

Sportline.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis leykozun kəskin formasından dünyasını dəyişib.

Qeyd edək ki, G.Ventrone 2021-ci ilin oktyabrından  Antonio Kontenin “Tottenhem”dəki məşqçilər heyətinin üzvlərindən idi. O, 1994-1999 və 2001-2004-cü illərdə "Yuventus"da da işləyib.