"Tottenhem"in rəqibinə texniki məğlubiyyət

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsində təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu keçirilməyəcək.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, meydan sahiblərinə texniki məğlubiyyət verilib.

Sentyabrın 22-də keçirilməli olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus aşkarlandığı üçün təxirə salınmışdı. Artıq “Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.

Joze Mourinyonun komandası növbəti raundda “Çelsi” ilə üz-üzə gələcək.