Tounkara Camalovun üzünə təpik vurdu
"Sabah"ın futbolçusu Elvin Camalov zədələnib.
Sportline.az xəbər verir ki, millimizin üzvü Azərbaycan Premyer Liqasının 18-ci turunda "Keşlə" ilə səfər matçında üzündən ciddi xəsarət alıb.
Görüşün 57-ci dəqiqəsində oyun epizodunda meydan sahiblərinin yarımmüdafiəçisi Sadio Tounkaranın ayağı Camalovun sifətinə dəyib. O, matçı davam etdirə bilməyib və əvəzlənib.