Tovuz stadionunda qalmaqal
"Turan Tovuz" və "Kəpəz" komandalarının Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra qalmaqal yaşanıb.
Sportline.az xəbər verir ki, qərb derbisində final fitinin ardından futbolçular arasında dava düşüb.
Bu zaman yerli azarkeşlər də meydana girməyə cəhd göstəriblər. Lakin polislər bunun qarşısını çətinliklə də olsa, alıblar. Baş hakim Rəvan Həmzəzadə bir neçə oyunçuya qırmızı vərəqə göstərib.
Xatırladaq ki, Tovuz şəhər stadionundakı qarşılaşma 2:2 hesabı ilə bitib.
İlk oyunda 2:1 hesabı ilə qalib gələn " Turan Tovuz" yarımfinala yüksəlib.