"Trabzonspor" rusiyalı futbolçu ilə maraqla bağlı yayılan xəbərləri təkzib edib

"Trabzonspor"un vitse-prezidenti İbrahim Şahinkaya klubun "Lokomotiv"in sabiq yarımmüdafiəçisi Anton Mirançukun transferində maraqlı olmadığını bildirib.

Sportline.az xəbər verir ki, daha əvvəl Türkiyə mətbuatı Mirançukun "Trabzonspor"un transfer siyahısında yer aldığını yazmışdı.

"Lokomotiv"lə müqaviləsi başa çatan rusiyalı futbolçu iyulun 1-də komandadan ayırılıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun meneceri Mirançukun kariyerasını başqa bir çempionatda davam etdirəcəyini bildirib.