“Trabzonspor” “Başakşehir”i məğlub etdi

Türkiyə Süper Liqasında 9-cu tura start verilib.

Sportline.az xəbər verir ki, günün mərkəzi matçında “Trabzonspor” öz meydanında “Başakşehir”lə qarşılaşıb. Görüş “Trabzonspor”un minimal hesablı qələbəsi ilə başa çatıb. 1:0

Görüşdə yeganə qolu Edin Visça 90+1-ci dəqiqədə vurub.

Qeyd edək ki, “Trabzonspor” 12 xalla 8-ci, “Başakşehir” isə 14 xalla 6-cı pillədə qərarlaşır.