"Trabzonspor" fanatlarına üzücü xəbər
"Qalatasaray"la oyunda qabırğası qırılan Mahmud Trezegenin zədəsinin ciddi olduğu açıqlanıb.
Sportline.az fanatik.com.tr-yə istinadla xəbər verir ki, misirli futbolçu bir müddət yaşıl meydandan kənarda qalacaq.
Daha dəqiq desək, onun iki çempionat oyununda iştirak etməyəcəyi bildirilir.
28 yaşlı cinah oyunçusu "Rizəspor" və "Kasımpaşa" ilə görüşləri kənardan izləyəcək.