"Trabzonspor" "Lokomotiv"in hücumçusunu istəyir

“Trabzonspor” xorvatiyalı futbolçunu heyətə qatmaq istəyir.

 “Bordo mavili”lər Bruno Petkoviçin transferinin ardınca onun komanda yoldaşı üçün hərəkətə keçiblər.

 Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, Türkiyə klubu Xovatiyanın “Lokomotiv Zaqreb” klubuna hücumçusu

Sandro Kulenoviç üçün 2 milyon avroluq  rəsmi təklif göndərib.  

Futbolçunun bu təklifi məmnuniyyətlə qarşıladığı bildirilir.