"Trabzonspor" portuqaliyalı oyunçu ilə yolları ayırdı

Türkiyənin “Trabzonspor” klubu futbolçusu Edqar Le ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Edqarın müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 27 yaşlı portuqaliyalı müdafiəçi 2019-cu ildən Trabzon təmsilçisində çıxış edirdi.