“Trabzonspor” uduzdu, “Beşiktaş”dan heç-heçə
Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.
Sportline.az xəbər verir ki, “Beşiktaş” öz meydanında autsayderin müqavimətini qıra bilməyib.
“Trabzonspor” isə səfərdə “Konyaspor”a uduzmaqla ikinci pilləyə qalxmaq imkanını əldən verib.
“Beşiktaş” - “Karagümrük” - 0:0
“Konyaspor” - “Trabzonspor” - 2:1
Qollar: Kutlu, 32 (1:0); 39 (2:0), Auqusto, 79 (2:1)
Bu nəticələrdən sonra “Trabzonspor” 65 xalla 3-cü, “Beşiktaş” 56 xalla 4-cü, “Konyaspor” 40 xalla 8-ci, “Karagümrük” isə 21 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.