''Trabzonspor''a gürcü hücumçu

''Trabzonspor'' yayda heyətini gücləndirmək üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, Türkiyə təmsilçisi gürcüstanlı Georgi Koçaraşvili ilə yaxından maraqlanır.

Hücumçu karyerasını İspaniya 2-ci liqasında çıxış edən ''Levante''də davam etdirir.

AVRO-2024-də diqqətləri özünə cəlb edən Georginin transfer dəyəri 4 milyon avrodur.

Qeyd edək ki, La Liga-2-də bu mövsüm 25 matça çıxan gürcü hücumçu bu görüşlərdə 6 qol 4 məhsuldar ötürmə ilə fərqlənib.