"Trabzonspor"da yeni futbolçu

"Trabzonspor" komandası heyəti gücləndirmək üçün addımlar atmaqdadır.

Sportline.az klubun saytına istinadla xəbər verir ki, "qara dənizlilər" bu gün daha bir futbolçunun transferini açıqlayıblar.

Söhbət ötən mövsümü "Fatih Karagümrük"də keçirən Rayyan Baniyadan gedir.

"Trabzonspor" müdafiəçinin keçidini 2,5 milyon avroya həll edib.