"Trabzonspor"un futbolçusu İtaliya klubunun radarına düşüb

Serie A klublarında "Torino" "Tranzonspor"un yarımmüdafiəçisi Batista Mendi üçün hərəkətə keçib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, İtaliya klubu 24 yaşlı futbolçu üçün "Trabzonspor"a bonuslarla birlikdə 10 milyon avro təklif etməyə hazırlarşır.

Ötən mövsüm "Angers"dən Türkiyə klubuna 4 milyon avroya transfer olunan Mendi komandası ilə çıxdığı 44 oyunda 1 qol və 1 asistə imza atıb.

Xəbərdə "Kristal Pelas"ın da futbolçu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, onun Türkiyə klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.