"Traktor" finalda
İran kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.
Sportline.az xəbər verir ki, ilk yarımfinal görüşü Cənubi Azərbaycan təmsilçisi “Traktor”la “Naft MİS” arasında olub.
Qarşılaşmanın Təbriz klubunun 1:0 hesabla qələbəsi ilə başa çatıb. Bununla da "Traktor" finala vəsiqə qazanıb. "Al-qurdlar" finalda “Persepolis” – “İstiqlal” matçının qalibi ilə üz-üzə gələcək.