"Traktor" İran kubokunun qalibi oldu

İran kubokunun final oyunu keçirilib.

Sportline.az xəbər verir ki, həlledici oyunda Cənubi Azərbaycanın “Traktor” klubu Tehran təmsilçisi “İstiqlal” ilə qarşılaşıb.

Təbriz klubu 3:2 hesablı qələbə qazanıb və İran kubokunu qazanıb. "Traktor" tarixində ikinci dəfə bu titulu qazanıb. Təbrizlilər daha öncə 2014-cü ildə ölkə kubokuna sahib çıxmışdı.